Peruda kiçik bir kəndin sakinləri bir aydır ki, yadplanetlilərin hücumuna məruz qaldıqlarını bildiriblər.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, “Al Rojo Vivo” telekanalının verdiyi məlumata görə, polis Perunun paytaxtı Limanın şimal-şərqində yaşayan İquitu qəbiləsinin nümayəndələrinin müraciətini araşdırır.
Onlar iddia edirlər ki, onlara iki metr uzunluğunda iri başlı və sarı gözlü canlılar hücum edib. Yerli sakinlər hakimiyyətdən ordunu bu qəribə basqınların baş verdiyi bölgəyə göndərməyə çağırır. Onların fikrincə, canlılar odlu silahlara qarşı toxunulmazdır və istədikləri zaman yoxa çıxa bilərlər.
Yeganə




