"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yanan bina işi”ndə sensasion gəlişmə- iş niyə geri qaytarıldı?

21 Aprel 2017 - 10:03
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakı Apelyasiya Məhkəməsi 15 nəfərin ölümü ilə nəticələn yanğınla bağlı məhkəmənin yenidən keçirilməsinə qərar verib; cinayət işi üzrə məsuliyyətdən kənarda qalanların da cəzalandırılmasına hazırlıq gedir…?

Aprelin 19-da Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək məhkəmə iclas protokollarında bəzi imzaların olmadığını deyiblər və işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyiblər.
Məhkəmə vəsatəti təmin edib və iş birinci instansiya məhkəməsinə qaytarılıb. Yada salaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib. Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb. Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan evin, M. Mahmudovun torpaq sahələri, mənzilləri və digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib. İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyən olunmayıb.

Image result for məhkəmə
2015-ci il Avropa Oyunlarını açılışı ərəfəsində-mayın 19-da Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında baş vermiş, 15 nəfərin ölümü ilə nəticələn yanğınla bağlı işin yenidən məhkəməyə qaytarılması sensasiya sayıla bilər. Əvvəla ona görə ki, “məhkəmə iclas protokollarında bəzi imzaların olmadığı” səbəbindən aylarla davam edən məhkəmə prosesinin üstündən xətt çəkilməsi inandırıcı görünmür. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən proses ötən ilin yayında başlamışdı və bu ilin yanvarında yekunlaşıb. Təxminən 7 ay davam edən məhkəmə prosesində təqsirləndirən şəxslərin vəkillərinin həm istintaq, həm də məhkəmə araşdırmasına etirazları olub. Müdafiəçilər məhkəmə istintaqının yekunlaşmasına da etiraz edərək onların təqdim etdikləri sübutların və şahidlərin dindirilməsini tələb ediblər. Müdafiə tərəfi xüsusilə məhkəmə-tibbi, fiziki- kimyəvi, yanğın-texniki tədqiqatı aparan ekspertlərin məhkəməyə çağırılıb dindirilməsini tələb edirdilər. Onlar bildiriblər ki, tədqiqatlar səlahiyyətli şəxslər tərəfindən aparılmayıb, rəylər aydın deyil və ekspertiza qarşısında qoyulan suallar tam cavablandırılmayıb. Daha bir maraqlı məqam yanan bina işində ləğv olunmuş MTN və onun rəhbəri Eldar Mahmudovun məsuliyyət məsələsi idi. Məsələn, məhkəmənin qərarı ilə ən ağır cəzaya məhkum edilən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə yanğına görə MTN-i ittiham etmişdi. O demişdi ki, yanğından əvvəl ondan MTN-çilər 300 min manat rüşvət istəyiblər. Rüşvət verilməyib və bundan sonra Azadliq prospektindəki bina müəmmalı şəkildə yanıb. Ümumiyyətlə, aylarla davam edən məhkəmə prosesində bu işdə MTN-ə xeyli suçlamalar olub, hətta vəkillərdən binanın qəsdən yandırıldığı iddia edənlər də olub. Yanğınla bağlı digər qurumların da məsuliyyət məsələsi zaman-zaman gündəmə gətirilsə də, məhkəmə “yanğının əhatəsini” böyütmədi.
İşin yenidən məhkəməyə qaytarılması yanan bina ilə bağlı əsas hədəfə çıxan şəxslərdən biri, bəlkə də birincisi Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun personasına yenidən diqqəti artıracaq. Çünki binanın üzlənməsindən tutmuş digər işlərə qədər əsas işlərdə X.İsgəndərovun adı hallanırdı. Yanğına görə həbs edilən şəxslərdən olan Binəqədi rayon icra başçısının müavini olmuş Qəzənfər Novruzovun (4 il həbs cəzası verilib-“YM”.) vəkili məhkəmə prosesində bu məsələyə də toxunmuşdu.

Vəkil açıq demişdi ki, yanğın baş verən binada aparılan işlərə, görülən işlərin keyfiyyətinə və təhvil-təslimdə Qəzənfər Novruzov təqsirli bilindiyi qədər icra başçısı Xaləddin İsgəndərov da təqsirli bilinməlidir. M.Mahmudov da ifadələrinin birində yanan binanın üzlənməsi təklifinin Xaləddin İsgəndərovdan gəldiyini açıqlamışdı: “Mən başqa məsələ ilə əlaqədar Xaləddin İsgəndərovun yanındaydım. Məndən soruşdu ki, ”bina üzləməyə materialınız var?” Mən də, ehtiyac varsa, bu işi görə biləcəyimizi dedim. Sonra o, birinci müavini Qəzənfər Novruzovu çağırdı, mənimlə tanış etdi”.
Təqsirləndirilən şəxslərin apelyasiya şikayətini təmin etməsi barədə daha bir iddia da var. Məsələn, azpolitika.az saytı “həbs olunanları buraxmaq istəyirlər” versiyasını da istisna etmir. Amma 15 nəfərin ölümü, 50 nəfərin isə ağır xəsarət aldığı işlə bağlı təqsdirləndirilənlərin buraxılması o qədər də real görünmür. Bəlkə söhbət onların buraxılmasından deyil, əksinə, iş üzrə məsuliyyətdən kənarda qalanların da cəzalandırılmasından gedir…?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yer kürəsinə bənzəyən yeni planet aşkarlanıb – Video

Next Post

Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin

Azərbaycanda eşşək pendiri satılır — Qiymətinə təəccüblənəcəksiz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.