"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət… – Video

16 Avqust 2022 - 14:08
in HADİSƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az müraciətin mətnini təqdim edir:

“Yay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur.

Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.

Belə ki, avqustun 16-na olan məlumata əsasən, ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb, bunun da 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir.

Ötən gün Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurması da təhlükənin miqyasından xəbər verir. Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar isə ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.

Xatırladaq ki, yanğınların söndürülməsində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Şimal və Şimal-qərb regional mərkəzlərinin canlı qüvvəsi və xüsusi texnikası, Aviasiya dəstəsinin 2 helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və yerli icra strukturlarının əməkdaşları, eləcə də sakinlər iştirak edir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə, xüsusilə də sahibkarlara və fərdi təsərrüfat sahiblərinə müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin, aidiyyəti dövlət qurumlarından yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini bir daha diqqətə çatdırır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycana gələn turistlərin sayı 2,3 dəfə artıb

Next Post

Onlar özlərini ekspert adlandıra bilməz – Məleykə Abbaszadə

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
DİM sərdindən etiraz: Praktiki həyatda vəziyyət başqadır

Onlar özlərini ekspert adlandıra bilməz - Məleykə Abbaszadə

Əməliyyat BMT nizamnaməsinə uyğundur – Putin

Əməliyyat BMT nizamnaməsinə uyğundur - Putin

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.