Tailandın Çonburi əyalətində təkər zavodunda baş vermiş güclü yanğın 40 milyon dollara yaxın ziyan vurub. Ötən gecə başlayan yanğını nəzarət altına almaq üçün 7 saatdan çox vaxt sərf edilib.ANS PRESS-in məlumatına görə, güclü yanğın zavodun 15 təkər anbarından 6-nın yanaraq kül olmasına səbəb olub.
Zavod Çinin ən böyük təkər istehsalçısı olan beynəlxalq şirkətə məxsus olub. Zavoda dəyən 40 milyon dollarlıq ziyan indiyədək bir yanğının vurduğu ən böyük ziyan olub.



