"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yanğında təxribat izi

21 May 2015 - 10:48
in XƏBƏR LENTİ

 Yanğında təxribat izi

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Abid Şərifovun Bakıdakı müdhiş yanğının nəticələrinə dair danışığına qulaq asarkən bir detala fikir verdim və bu qərara gəldim ki, nə qədər olmasa da, Abid müəllim itizəkalı və vicdanlı adamdır.
Baş nazirin müavini yanğın zamanı xəsarət alan şəxslərin xəstəxanaya yerləşdirilməsindən danışdığı yerdə dedi ki, onlardan 35 nəfəri xəstəxanada müalicə olunduqdan sonra (pauza) buraxılıblar və (pauza) hara lazımdır, ora gediblər.
Bunu bilmək çətin deyildi, Abid müəllim çıxışı zamanı verdiyi pauzaların yerində “evə buraxılıblar” deyəcəkdi, iti ağlı kəsdi ki, artıq ev deyilən bir şey yoxdur, ona görə də sözünün dalını gətirmədi, “hara lazımdır, ora” dedi.  Əslində o, vicdanlı adam olmasaydı, deyərdi ki, yanğından zərər çəkənləri öz evlərindən də yaxşı villalara, sanatoriyalara yerləşdirəcəyik.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə təxminən elə deyib. Nazir evi, eşiyi, əşyaları, sənədləri, hər şeyi, eləcə də bağrı yanmış sakinlərin yerləşdiriləcəyi kotteclər barədə danışarkən deyib ki, camaat yayda gedir, pul verib oralarda istirahət edir, gül kimi rahat yerlərdir.
Yəni şadlığınıza şitlik eləməyin, siz Binəqədidə kottec görmüşdünüz, gül kimi istirahət məkanlarında yaşayacaqsınız. Əslində sakinlərə paylanılan 1000 manatı da onların başına qaxa və deyə bilərdi ki, ilk bir ayda sizə xidmət “hər şey daxil” statusunda olacaq.
Ancaq cənab nazir camaata bundan artıq minnət qoymayıb. Bu da göstərir ki, o da vicdanlı adamdır.
Bakı şəhərinin rəhbəri Hacıbala Abutalıbovun nə dərəcədə vicdanlı adam olmasını uzun-uzadı iddia və sübut etməyə ehtiyac yoxdur. Onu hamı tanıyır. O da yanğından zərərçəkənlərə təsəlli, təskinlik, türkün sözü, moral verərkən deyib ki, sakinlərə dəymiş bütün ziyanlar, o cümlədən maddi, mənəvi ziyanlar ödəniləcək.
Əlbəttə, maddi ziyanı ödəmək asandır, adamın evi yanıb, ev təmir ediləcək, əşyaları yanıb, alınıb veriləcək. Bəs əzizlərini, ailə üzvlərini itirən, dünyası qaralan insanlara dəymiş mənəvi, psixoloji zərəri necə ödəmək olar, görəsən?
Yaxşı, bunun üstündən keçdik, BŞİH-in “yanan binanın bizə aidiyyatı yoxdur” deyə o gün bir səfeh açıqlama ilə çıxış etməsini necə qiymətləndirmək olar? Harda bir üzlük-müzlük dəyişdirilir, mütləq orda aşağıdakı məzmunda lövhə asılır: “Binaların fasadlarında və dam örtüklərində aparılan təmir-bərpa işləri BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ (özləri belə böyük hərflərlə yazırlar) tərəfindən aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.
Belədirsə, rəhmətliyin nəvələri, yaxanızı necə qırağa çəkə bilərsiniz? İti öldürənə sürüdərlər, binaların yanmasına siz səbəb olmusunuz, zəhmət çəkin, cavab verin.
 Fasadları plastik üzlüklərlə bəzənmiş 140 binanın yenidən yoxlanması məsələsi isə adamın gözünə bir az vicdansızlıqmış kimi görünür. Axı Xətaidə və Binəqədidə binaların çırtaşırtla, od düşmüş pambıq tayası kimi yanmasına səbəb olan üzlüklərin hamısı bir zavodda istehsal olunub, necə deyərlər, eyni təzəkdir. Necə ola bilər ki, Xətaidə alışıb yanan təzək Yasamalda odadavamlı olsun? Yaxud, bəlkə Binəqədidə hava şəraiti elədir ki, plastik üzlüklər orda odadavamlı ola bilmir, amma yüz metr bu tərəfdə, Nəsimidə odadavamlı olacaq?
Şəkkak adamlar deyirlər ki, məqsəd yenə də bu dəhşətli hadisəni bəhanə edərək kimlərisə sağmaq, pul toplamaqdır, 10-15 gündən sonra bu dəhşətli yanğın hadisəsi də unudulacaq, tutulanlar buraxılacaq, cinayətin üstü ört-basdır ediləcək.
Keçmişdə belə haqq-hesablar çox olub deyə, xalq hər şeydən quşqulanır.
İndi baş vermiş faciəvi hadisəyə görə təxribat amili axtaran, hətta artıq tapanlar da var. Bu işdə təxribatçıların rolu gerçəkdən də danılmazdır. Bu da binaları plastik üzlüklərlə üzləmək ideyasını verənlər, o keyfiyyətsiz üzlükləri inşaatçılara sırıyanlar, onun keyfiyyətsiz olduğunu bilə-bilə alıb fasadları bəzəyənlərdir. Bundan böyük təxribat ola bilməz.
Bu üzlüklər dəb olmazdan öncədə binalarda yanğın olurdu da, söndürülürdü də. Yanğından sonra baxırdıq ki, 4-cü mərtəbədə iki ev qaralıb, 5-ci mərtəbədə bir ev hislənib, vəssalam. İndi binalar kibrit qutusu kimi yanır. Bunun səbəbi də hər kəsə bəllidir. Heç kəs də dağa-daşa düşüb, ordan-burdan əbəs yerə nümunə-filan götürməsin.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bin Ladenin məxfi məktubları açıqlanıb

Next Post

Bu, film deyil, Mətanət – Aysel Əlizadə yazdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu, film deyil, Mətanət – Aysel Əlizadə yazdı

İraq İŞİD-ə qarşı silahlanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.