
Ukraynanın sabiq prezidenti, hazırda Rusiya ərazisində olan Viktor Yanukoviç Ukraynaya qayıtmaq planlarından əl çəkməyib. Musavat.com Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Yanukoviç “ölkəsinə qayıdıb oradakı həyatı asanlaşdırmaq” niyyətindədir.
“Mən gizlətmirəm və bir fikir başımdan çıxmayıb ki, qayıdım və protest hərəkətə rəhbərlik edim, sonra isə çətin vəziyyətə düşən insanların müdafiəsində hansısa şəkildə iştirak edim”, – deyə eks-prezident Rusiya telekanalına müsahibəsində qeyd edib.
“Əgər bu gündən və bundan sonrakı gündən danışsaq, mən qayıtmaq imkanı yaranan kimi qayıdacağam və əlimdən gələni edəcəyəm ki, Ukraynada yaşayış yüngülləşsin. Bu gün isə əsas məsələ müharibəni dayandırmaqdır” – bildirib Yanukoviç.



