"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

YAP islahat anonsu verdi – Əli Əhmədov

28 Sentyabr 2016 - 11:12
in XƏBƏR LENTİ

Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Axar.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

 

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun nəticələrini şərh edən Ə.Əhmədov bildirib ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq: “İstənilən cəmiyyətin inkişafı onun iqtisadiyyatına bağlıdır. Azərbaycanda həyata keçirilən islahatların hədəfi ölkə iqtisadiyyatını yeni pilləyə qaldırmaqdır. Yeni iqtisadi modelin yaranması obyektiv zərurətə çevrilib. Elə bir iqtisadiyyat ki, təkcə təbii resurslara deyil, həm də ölkənin bütün potensialının hərəkətə gətirilməsinə istinad etsin. Məlum olduğu kimi, Azərbaycanın böyük iqtisadi potensialı var, lakin ondan tam şəkildə hələ ki, istifadə edilmir. Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, ümumiyyətlə, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı iqtisadi potensiallardan tam istifadə edilməsi məqsədlərinə xidmət göstərir.

 

Eyni fikirləri Azərbaycanda sənaye sahələrinin inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsləri haqqında demək mümkündür. Bu təşəbbüslərin uğur qazanacağı heç kimdə şübhə yaratmır. Bu mənada hesab edirəm ki, çox qısa zamanda ölkəmizdə yeni iqtisadi modelin və onun bəhrələrinin şahidi olacağıq”.

 

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan iqtidarı daim insanların istək və ehtiyaclarına həssas yanaşıb, onların əhval-ruhiyyəsi, bütünlükdə ictimai ovqat diqqətdən kənarda qalmayıb:

 

“Hazırda hökumətin diqqət fokusunda bir sıra vacib məsələ dayanır və onların üzərində intensiv iş aparılır. Dünya iqtisadiyyatında baş verən böhran və neftin qiymətlərinin kəskin surətdə aşağı düşməsi nəticəsində irəli gələn neqativ meyillərin aradan qaldırılması, düşünürəm ki, öz əhəmiyyətinə görə prioritet vəzifə kimi səciyyələndirilə bilər. Maliyyə-kredit sabitliyinin təmin edilməsi iqtisadiyyatın inkişafının fundamental amili kimi nəzərdən keçirilir.

 

Baş nazirin müavini bildirib ki, işsizlik səviyyəsinin azaldılması hökumətin prioritet istiqamətləri sırasında mühüm yer tutur: “Qeyd etməyi vacib sayıram ki, son 10 il ərzində Azərbaycanda təxminən 1,2 mln yeni iş yeri açılıb, vaxtilə işsiz sayılan çoxlu sayda insan iş yeri ilə təmin olunub. Lakin nəzərə alınmalıdır ki, həmin 10 il ərzində əhali təxminən 1,5 mln nəfər artmışdır. Əhalinin yüksək artım dinamikası, heç şübhəsiz, cəmiyyətimizin mühüm üstünlüklərindən biridir. Ancaq bu, eyni zamanda, çoxsaylı yeni işçi qüvvəsi deməkdir ki, o da müvafiq sayda yeni iş yerlərinin yaradılmasını tələb edir. Həyata keçirilən islahatlar bu sahədə ciddi inkişafa səbəb olacaq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi, “ASAN xidmət” sistemində müvafiq layihənin həyata keçirilməsi ayrıca vurğulanmalıdır. Güman edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində çox qısa zamanda qeyd edilən sahədə ciddi irəliləyiş əldə olunacaq”.

 

O qeyd edib ki, əhalinin ehtiyac duyduğu mənzil probleminin həllinə yeni yanaşma böyük vədlər verir: “Yaxın vaxtlarda insanlarımızın zəif sosial müdafiə olunan hissəsi əlçatan qiymətlərlə mənzil almaq imkanı qazanacaq və əhalinin mənzillə təminatı səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək”.

 

Baş nazirin müavini deyib ki, idarəetmə mexanizminin təkmilləşdirilməsi gündəmdə duran vacib vəzifələrdəndir: “Bu, təkcə idarəçilik problemi deyil, eyni zamanda, çox ciddi sosial nəticəsi olan məsələdir. Çevik idarəçilik modeli həyata keçirilən iqtisadi və sosial islahatların uğur qazanmasının ümdə şərtlərindəndir. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsi, süründürməçilik kimi hallara, ümumiyyətlə, neqativ meyillərə qarşı mübarizənin daha da gücləndirilməsi insanlarımızın gözləntiləri içərisindədir. Haqqında söhbət etdiyimiz neqativ hallar təkcə insanların hökumətə, hakimiyyət qurumlarına inamını zəiflətməklə kifayətlənmir. Onlar eyni zamanda, insanların həyatını ağırlaşdırır, bir sıra hallarda isə onların ailə büdcəsinə əlavə yükə çevrilir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ referendumun nəticələrini tanıdı

Next Post

“Hillari xanımla şəxsi əlaqəm olub – Seçkidən sonra şəkillərimizi göndərəcəm” 

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Hillari xanımla şəxsi əlaqəm olub - Seçkidən sonra şəkillərimizi göndərəcəm” 

Nazpərinin "hə"si buzları əritdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.