Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq tarixini açıqlayıb.
Partiyanın icra katibinin müavini Siyavuş Novruzov “Report”a açıqlamasında deyib ki, YAP parlament seçkilərinə hazırlığa gələn ilin fevral ayından başlayacaq: “Bələdiyyə seçkilərinin yekun hesabatı hazırlandıqdan sonra parlament seçkilərinə start veriləcək. Belə ki, əvvəlcə parlament seçkiləri ilə bağlı partiyanın proqramı hazırlanacaq. Bu proqram da YAP-ın İdarə Heyətində təsdiq olunduqdan sonra seçki hazırlığına başlayacağıq”.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər 2015-ci ildə keçiriləcək.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...



