"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

"Yapı Kredi Bank Azərbaycan vətəndaşlarını aldadır"

28 Fevral 2015 - 01:50
in SOSİAL

Jurnalist Pərviz Əzimov faktlarla bankın fırıldaqlarını ifşa edib. 

Yapı Kredi Bank Azərbaycan vətəndaşlarını aldadırJurnalist Pərviz Əzimov özünün “Facebook” hesabında bankın onu aldatdığını qeyd edib. Onun yazdığına görə, bank işçiləri onu aldadaraq məhkəməyə verib və hazırda ondan əlavə rüsum tələb edirlər: “”Yapı Kredi Bank Azərbaycan”dan bir dostum kredit götürürdü. Mən də zamin durdum. Bankın əməkdaşı gəldi ki, istəyirsinizsə, heç bir sənəd vermədən, sadəcə vəsiqənizin surəti ilə sizə “world kart” verək. Əvvəl istəmədik, sonra razılaşdıq. Heç məbləği də soruşmadım. İmza atdım və ünvan verdim ki, göndərəsiniz bura.

1 həftə sonra kart gəldi. Nəsə birdən pul lazım oldu, mən də kartdan məbləği çıxartdım. Sonra da qaydası üzrə ödəməyə başladım. Hər ay da pulu vaxtında verirdim. Aprel ayında telefonuma mesaj gəlib ki, ödəmənizin vaxtıdır. Getdim ödədim. Bankın kassasından soruşdum nə qədər ödəməliyəm? Dedi ki, bizdə ümumi borc göstərir. Həmişə də belə deyirdilər. Mən də həmin ay gələn mesajı silmişdim. Amma təqribən bilirdim ki, 70 manat civarındadır. Mən də 70 manat ödədim və çıxdım”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

P. Əzimov qeyd edir ki, hər şey bundan sonra başlayıb: “Qaydası üzrə də hər ay krediti ödəyirdim. Dekabr ayında qaldığım evə bankdan məktub gəldi. Yazılıb ki, sizin 247 manat borcunuz var və krediti 3 aydan çox gecikdirdiyiniz üçün bütün məbləği ödəməlisiniz. Əks təqdirdə, məhkəməyə veriləcəksiniz.

Məktubu da götürüb banka getdim. Dedim bəs nə gecikmə, axı mən ödəmişəm. Dedilər aprel ayında 7 manat az ödəmisiz. O 7 manat gecikmə kimi hesablanıb və məhkəmə predmeti olub. Nəsə uzun mübahisədən sonra dedilər ki, məhkəməyə verməmişik. Razılaşdıq ki, qalan 250 manatı mart ayına qədər bağlayım. Mən də razılaşdım. Çıxdım bankdan və bir neçə gün sonra razılaşdığımız kimi kreditin bir hissəsini ödədim. Bir hissəsini də o gün getdim ödəməyə. Məlum oldu ki, artıq məhkəməyə verilmişəm və məhkəmə rüsumu da gəlib üstünə. Sonra atam zəng elədi ki, evə də bankdan məktub gəlib.

Həqiqi ödəməli olduğum məbləği ödədim və çeki götürüb bankın əsas ofisinə getdim. Yaxınlaşmışam ki, bəs belə bir problem var. Mən gəlmişdim bura və razılaşmışdıq ki, məhkəməyə verilməyəcək. Qəbulda oturan xanım da xatırladı bunu və bir neçə şöbə ilə əlaqə saxladı. Heç biri qəbul etmədi. Dedilər qəbul eləmirik, getsin ödəsin.

Nə qədər dirəşsəm də, nə hüquqşunas, nə problemli kreditlər şöbəsi qəbul etdi. Hətta qəbulda oturan xanım da xatırladı onlara ki, müştəri əvvəl də gəlmişdi, qəbul eləmişdiniz. Yenə etmədilər. Dedilər getsin ödəsin, vəssalam”.

Şikayətçi qeyd edib ki, yaxında Bankı İstehlakçıların Hüquqları və Antinhisar üzrə Dövlət Agentliyinə və məhkəməyə şikayət etməyə hazırlaşır: “Məsələ məhkəmə rüsumunda deyil, onu ödəməkdə də deyil. Məsələ bir bankın öz müştərisinə qarşı bu qədər alçadıcı davranmasındadır. Kartı yalvara-yalvara verirlər adama, amma problem çıxanda yaxın belə durmurlar. Söz verirlər ki, məhkəməyə verilməyəcək. Çünki bilirlər ki, səhv özlərindədir. Sonra xəbərsiz formada məhkəməyə verirlər. İndi növbə məndədir, onları məhkəməyə verəcəm”.

İddialarla bağlı bankın da mövqeyini dərc etməyə hazırıq. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu da İŞİD-in cəlladı (FOTOLAR)

Next Post

Boris Nemtsov öldürüldü

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Boris Nemtsov öldürüldü

ABŞ-ın kəşfiyyat şefindən bədbin Qarabağ proqnozu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.