Yaponiya dənizində Rusiya-Çin dəniz qüvvələrinin “Şimal Qarşılıqlı Fəaliyyət-2023” birgə təlimləri başlayıb.
Elchi.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, təlimlərin əsas məqsədi Rusiya və Çin arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Asiya-Sakit okean regionunda sabitliyin və sülhün qorunmasıdır.
Nuranə Məmmədova




