Yaponiyanın “ispace” şirkəti tərəfindən istehsal edilən kosmik gəmi ABŞ-ın SpaceX raketi ilə Aya göndərilib.
Elchi.az xəbər verir ki, Paytaxt Tokioda yerləşən özəl şirkət “Hakuto-R” kəşfiyyat proqramı çərçivəsində hazırlanmış orijinal kosmik gəmisini Aya göndərib.
Ekipajsız kosmik gəmi ABŞ-ın Kanaveral burnunda bazasından buraxıldıqdan 47 dəqiqə sonra SpaceX Falcon 9 raketini tərk edib.
Kosmik gəminin Aya 2023-cü ilin aprel ayının sonuna çatacağı gözlənilir.
Yaponiya İctimai Televiziyası NHK bildirib ki, uğurlu olarsa, özəl şirkət tərəfindən hazırlanmış kosmik gəmi ilk dəfə Ayın səthinə enəcək.
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) da daxil olmaqla müxtəlif qurumların kiçik robotlarını daşıyacaq kosmik gəmi səth tədqiqatları aparacaq.
Şayəstə




