Yaponiya Olimpiya Komitəsi (JOC) 2030-cu ildə Sapporoda Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı təklifindən imtina edib.
Elchi.az xəbər verir ki, JOC prezidenti Yamashita Yasuhiro və Sapporo meri Akimoto Katsuhiro paytaxt Tokioda görüşdükdən sonra mətbuata açıqlama veriblər.
Burada çıxış edən Yamaşita 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ölkənin şimalındakı Sapporo şəhərinin təklifindən imtina etdiklərini bildirib.
“Təkliflə tələsməyin idmanın dəyərində düzəlməz iz buraxması ehtimalı var. Sapporo xalqına yazığım gəlir”, – Yamaşita deyib.
Sapporonun 2034 və ya daha sonra Oyunları təşkil etmək qabiliyyəti ilə bağlı Akimoto, “İctimaiyyətin həssaslığını lazımi anda ölçəcəyik” -deyib.
1972-ci ildə Qış Oyunlarına ev sahibliyi edən ölkənin ucqar şimalında yerləşən Hokkaydonun paytaxtı Sapporo da məşhur namizəd şəhərlər arasında idi.
Nuranə Məmmədova





