Yaponiya “Tomaqavk” raketlərini əldə etmək üçün ABŞ-la danışıqları yekunlaşdırmaq mərhələsindədir.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti yazır.
Hökumətin baş katibi Hirokadzu Matsuno mediada yazılanlardan xəbərdar olduğunu bildirib, lakin şərh verməyib: “Hökumət bu ehtimalı nəzərdən keçirir, lakin hələlik konkret qərar yoxdur”.
Qeyd edək ki, “Tomaqavk” raketləri 1000 kilometrdən çox məsafədən hədəfi vura bilir.
Yeganə




