Tokio Regional Vergi Agentliyi 2020-2021-ci illər üçün “Apple”-ın Yaponiya filialı satışını təqribən 140 milyard yen dəyərində aksiz vergisini araşdırır.
Elchi.az Ntv.com.tr-yə istinadən xəbər verir ki, araşdırmaya əsasən, brendin bəzi filiallarında bəzi məhsulların, o cümlədən “iPhone” telefonlarının xarici turistlərə topdansatış satıldığı və bu satışlara təsadüfən istehlak vergisinin tətbiq edilmədiyi aşkarlanıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, “Apple” Yapon məhsulların vergisiz satışından istifadə etdiyinə görə, 14 milyard yen (105 milyon dollar) məbləğində cərimələnib.
Vergilər İdarəsi şübhələnir ki, istismarda iştirak edən şəxslər Yaponiyanın vergi qaydalarından yan keçərək, topdansatış məhsulların mümkün təkrar satışı ilə bağlı mənfəət marjalarını artırıblar.
Yeganə




