Yaponiyanın baş naziri Fumio Kişida çıxış edərkən partlayış səsi eşidilib. Kişida ərazidən təxliyə edilərkən, şübhəli şəxs saxlanılıb.
Elchi.az xəbər verir ki,Baş nazir Kişida yerli şuralara əlavə seçki kampaniyası üçün getdiyi Vakayamada, hakim Liberal Demokrat Partiyasının (LDP) namizədliyə fəaliyyətində iştirak edib.
Kişida yerli vaxtla saat 11:30 radələrində bölgədəki Saikazaki Balıqçılıq Limanı yaxınlığında LDP-nin namizədi ilə görüşərək kampaniya prosesini müzakirə edib.
Yaponiya baş naziri çıxış etməzdən əvvəl onun olduğu yerdə partlayış səsi eşidilib. Kişidanın xəsarət almadan hadisə yerindən təxliyə edildiyi bildirilib.
Nuranə Məmmədova
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




