Müxalifət partiyası qeyd edib ki, bu cür sursatlara görə xərçəngə tutulma riski var.
Elchi.az xəbər verir ki, Yaponiyanın müxalif Reiwa Şinsenqumi partiyasının lideri Taro Yamamoto bildirib ki, Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Vladimir Zelenskini tükənmiş uran mərmilərindən istifadə etməməyə çağırmadığına görə günahlandırılmalıdır.
“Cənab Baş nazir, Böyük Britaniyanı belə mərmiləri ötürməməyə çağırmaq fikrindəsinizmi?” – müxalifət partiyasının lideri parlamentin yuxarı palatasının büdcə komitəsinin iclası zamanı Yaponiya hökumətinin başçısına sual verib.
Kişida birbaşa cavab verməyib, sadəcə “insan sağlamlığına mənfi təsirləri ilə bağlı müxtəlif araşdırmaların aparılmasına baxmayaraq, konkret nəticə olmadığını” bildirib. Müxalifətçi siyasətçi qeyd edib ki, bu tip sursatlara görə xərçəngə tutulma riski var.
“Cənab Baş nazir, Zelenski ilə görüşünüz zamanı siz ondan tükənmiş uran mərmilərindən istifadə etməməyi xahiş etmisiniz?”, – müxalifət partiyasının rəhbəri açıq şəkildə soruşdu.
Yaponiya hökumətinin başçısı belə cavab verib: “Sıxılmış uran olan mərmilərə gəlincə, Zelenski ilə görüşüm zamanı mən bu mövzuda konkret heç nə demədim”.
Şayəstə





