Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı cəza tədbirləri görür. Lakin Yaponiya Rusiya ilə ərazi və sülh müqaviləsi bağlamaq məsələsini də həll etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi Şimal Ərazilərinin Qaytarılması üçün Milli Mitinqdə çıxışı zamanı bildirib.
“Ölkəmiz “Yeddilik” qrupunun üzvlərindən başlayaraq beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir”, – deyə Hayaşi vurğulayıb.
Qeyd edək ki, 1981-ci il Yaponiya hökumətinin qərarına əsasən, 1855-ci ili xatırlamaq üçün hər il fevralın 7-də “Şimal ərazilərinin qaytarılması üçün ümumxalq mitinqi” keçirilir. Həmin gün ilk dəfə Rusiya-Yapon müqaviləsi imzalanıb. Bu toplantılarda adətən nazirlər, parlamentin hər iki palatasının iqtidar və müxalifət partiyalarının deputatları, habelə Kuril adalarının cənub hissəsinin keçmiş sakinləri iştirak edirlər. Ultrasağ qruplar bundan anti-Rusiya çıxışları üçün bəhanə kimi istifadə edirlər, küçələrə çıxıb Rusiya səfirliyi qarşısında nümayişlər keçirirlər. Polis həmin çıxışlar zamanı gücləndirilmiş müdafiəni təmin edir.
Yeganə





