Yaponiya hökuməti Rusiya tərəfinin Yaponiyanın “Şimal ərazilərinin qaytarılması ittifaqı”nın (“Şimal ərazilərinin qaytarılması uğrunda mübarizə ittifaqı”) fəaliyyətini Rusiya ərazisində arzuolunmaz kimi tanıması qərarı ilə əlaqədar etiraz edib.
Elchi.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.
“Rusiya tərəfinin bu bəyanatını [təşkilatın fəaliyyətinin arzuolunmaz kimi tanıması ilə bağlı] son dərəcə birtərəfli və qəbuledilməz hesab edirik. Fevralın 7-də diplomatik kanallar vasitəsilə etirazımızı bildirdik və [qərarın] ləğvini tələb etdik”, – o deyib.
Nuranə Məmmədova






