Yaponiya İqtisadiyyat Nazirliyi bildirib ki, yeni sanksiyalar paketinə əsasən, Tokio Rusiya Federasiyasına ixracı qadağan edilən malların siyahısını 758 mövqe genişləndirib.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu barədə idarənin saytı məlumat yayıb.
İdarə qadağanın avqustun 9-dan qüvvəyə mindiyini vurğulayır. Məhdudiyyətlər foto və çəkiliş materiallarına, eləcə də istifadə olunmuş geyimlərə şamil edilir. Bundan əlavə, Rusiyaya kimya sənayesi məhsulları, plastik, rezin və onlardan hazırlanmış məmulatların, məsələn, iri avtomobillərin şinlərinin, eləcə də elektrotexniki məhsulların, lokomotivlərin və dəmir yolu vaqonlarının idxalı qadağan ediləcək.
Nazirlik həmçinin Rusiya Federasiyasına ağac və taxta məmulatlarının, kağız və kartonun, çertyoj və sxemlərin, daş, gips, sement, qoyun və digər heyvanların yunu, pambıq və pambıq məmulatlarının idxalını qadağan edib. Sanksiya siyahısına metallar da daxil edilib: mis, nikel, alüminium, qurğuşun, sink, qalay, eləcə də qeyri-qiymətli metallardan hazırlanan məmulatlar.
Bundan əvvəl Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirmişdi ki, Yaponiya hökuməti mühərrik həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin Rusiyaya ixracını qadağan etmək planlarını hələlik təsdiqləməyib.
Yeganə





