Yaponiya Şimali Koreyanın ilk kəşfiyyat peykini daşıdığı iddia edilən raketin buraxılışına görə Şimali Koreyaya etiraz edib. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Məlumat mətbuat konfransı tərəfindən yayımlanıb.
Matsuno belə hərəkətlərin insanların təhlükəsizliyini təhdid etdiyini vurğulayıb. Baş katib qeyd edib ki, ballistik raketin buraxılması, hətta orbitə peyk çıxarmaq məqsədi ilə həyata keçirilsə belə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.
Şimali Koreya daha əvvəl Yaponiyaya xəbərdarlıq edib ki, noyabrın 22-dən 30-a kimi hərbi kəşfiyyat peyki buraxmağı planlaşdırır.
Havar Şəfiyeva






