Yaponiya Ukraynaya həm birbaşa, həm də Dünya Bankı vasitəsilə 4,5 milyard dollar yardım edəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Fumio Kişido Yeddilik ölkələrinin liderləri ilə onlayn danışıqların bir hissəsi olaraq bildirib.
“Yaponiya bərpa və yenidənqurma yardımı, habelə humanitar yardım daxil olmaqla bir milyard dollarlıq əlavə dəstək verməyə qərar verib və bu əlavə dəstək, kredit artımı da daxil olmaqla ümumilikdə 4,5 milyard dollar təşkil edəcək”, – deyə agentlik Yaponiya Xarici İşlər Nazirliyinin mesajından sitat gətirir. Tokio həmçinin Ukraynaya yardımı asanlaşdırmağa və Rusiyaya qarşı sanksiyalar rejimini saxlamağa davam etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib ki, G7 ölkələri Yaxın Şərqdəki münaqişə fonunda Kiyevə yardımı davam etdirəcəklər. O, əmin edib ki, Kiyevə yardım zəifləməyəcək, bunun üçün G7 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə virtual söhbət təşkil edəcək.
Havar Şəfiyeva






