Yaponiya və Böyük Britaniya Ukrayna ilə müdafiə sektorunda uzunmüddətli müqavilə bağlayacaq. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hər iki ölkənin xarici işlər nazirləri və müdafiə nazirləri yekun bəyanatlarında bildiriblər ki, “Yaponiya və Böyük Britaniya Ukrayna ilə təhlükəsizlik üzrə xüsusi ikitərəfli uzunmüddətli öhdəliklər və sazişlər üzərində işi intensivləşdirəcək”.
Bundan əlavə, görüş iştirakçıları Ukraynanın təklif etdiyi sülh formuluna sadiqliklərini və dəstəklədiklərini, habelə anti-Rusiya sanksiyalarından yayınma ilə mübarizənin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoko Kamikava G7 ölkələrinin Yaxın Şərqdəki münaqişə fonunda Kiyevə yardımı davam etdirəcəklərinə söz verib.
Havar Şəfiyeva






