Yaponiyada 4 Çin vətəndaşının təxminən 700 kiloqram qeyri-qanuni stimullaşdırıcı maddə qaçaqmalçılığında şübhəli bilinərək həbs olunduğu bildirilir.
Elchi.az xəbər verir ki, rəsmi Kyodo agentliyinin təhlükəsizlik mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Tokio limanında lövbər salan yük gəmisində axtarış aparılıb.
Paytaxt Tokio gömrük orqanları axtarış aparılan yük gəmisində 7 konteynerdə təxminən 700 kiloqram qeyri-qanuni stimullaşdırıcı maddə ələ keçirib.
Hüquq-mühafizə orqanları Yokohama və Kavasaki rayonlarında 35-51 yaş arası 4 Çin vətəndaşını qanunsuz stimullaşdırıcı maddələrin qaçaqmalçılığında şübhəli bilinərək həbs edib.Müsadirə edilən stimullaşdırıcının əslən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olduğu qeyd edilib.
Nuranə Məmmıdova





