Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.
Zəlzələ təxminən 130 min əhalisi olan Miyazaki prefekturasının Miyakonoze şəhərindən 112 kilometr cənub-şərqdə baş verib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Havar Şəfiyeva






