Fukusima prefekturasının Nihonmatsu şəhərindəki Yaponiya zooparkında faciə baş verib. 53 yaşlı işçi Keniçi Kato bir aslan tərəfindən qəfəsə sürüklənərək kişiyə həyati təhlükəsi olan xəsarətlər yetirib.
Elchi.az xəbər verir ki, bu barədə yerli “The Asahi Shimbun” nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, Kato və həmkarı dişi aslanı qidalandırmaq niyyətində olublar və yırtıcıları bir çəmənlikdən digərinə köçürməli olublar. Lakin kişi qəfəsə yaxınlaşanda dişi aslan kilidli olmalı olan qapını döyərək Katonu içəri sürükləyib.
Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri, Katonun boynunun ağır yarası ilə həyətin döşəməsində huşsuz vəziyyətdə tapdılar. Adamı xilas etmək mümkün olmayıb, 27 il zooparkda işləyən şəxs xəstəxanada dünyasını dəyişib.
Nuranə Məmmədova




