Yaponiyada hərbçi namizədin Quru Özünümüdafiə Qüvvələrinin poliqonunda təlim tüfəngindən atəş açması nəticəsində 2 zabit həlak olub.
Elchi.az xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu açıqlamasında bildirib ki, hərbçi namizədin tüfəngi “Gifu” əyalətində Quru Özünümüdafiə Qüvvələrinin Hino poliqonuna atəş açıb.
Rəsmi Kyodo agentliyi bildirib ki, atış poliqonu Gifu Qatar Stansiyasından 5 kilometr şimal-şərqdə yerləşir və insident zamanı mülki şəxslər arasında xəsarət alan olmayıb.
“Gifu” təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamaya görə, hərbi namizəd silahlı hücumu etiraf edib.
Nuranə Məmmədova




