Elchi.az xəbər verir ki,Aprelin 6-da Yaponiyanın cənub-qərbində radarlardan itən hərbi helikopterin beş ekipaj üzvü Okinava sahillərində ölü tapılıb.
Yaponiya Quru Özünümüdafiə Qüvvələrinə aid helikopter ekipajının axtarışı 10 gündür Okinavanın cənubunda davam edir.
Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin açıqlamasına görə, Okinava ada əyaləti yaxınlığında həyata keçirilən dərin dalğıc fəaliyyətlərindən sonra helikopterdən 5 ekipaj üzvünün cəsədi tapılıb.
Helikopterin əksər hissələri də tapılıb.
Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus UH-60JA tipli çoxməqsədli helikopter havaya qalxdıqdan dərhal sonra texniki nasazlıq keçirib.
Aprelin 6-da yerli vaxtla saat 16:30 radələrində radarla əlaqəni itirən helikopterin Okinavadakı Miyakojima adası yaxınlığında qəzaya uğradığı təxmin edilir.
Helikopterdə 10 personal olub.
Nuranə Məmmədova




