Yaponiyanın ən yaşlı sakini Fusa Tatsumi 117 yaşında vəfat edib.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Tatsumi 1907-ci ildə anadan olub. O, 2022-ci ildə ən yaşlı yapon qadını sayılırdı. Yaxınlarının dediyinə görə, o, adi həyat tərzi keçirib və uzunömürlülüyünün sirri düzgün və nizamlı qidalanmaqda olub.
Los-Ancelesdəki Gerontologiya Tədqiqatları Mərkəzinin məlumatına görə, Tatsumi Yer kürəsində ən uzun yaşayan ikinci insan olub.
Yeganə






