Yaponiyada Sakuracima vulkanı püskürüb.
Ölkənin baş meteorologiya idarəsindən bildirib ki, püskürmə Sakuracima vulkanının Syova kraterində baş verib.
Elchi.az xəbər verir ki, bu gün səhər vulkan iki dəfə hər birinin hündürlüyü təxminən 1000 metr olan kül və tüstü sütunlarını atıb.
Xatırladaq ki, bu kraterdə sonuncu dəfə püskürmə 2018-ci ilin aprelində müşahidə olunub. Mütəxəssislər xəbərdarlıq edir ki, vulkanik daşlar 2 kilometr radiusa düşə bilər.
Yeganə





