Yaponiyanın Baş naziri Fumio Kişida naharda dəniz məhsulları, həmçinin Fukusima-1 atom elektrik stansiyasından çirklənmiş suyun dənizə axıdıldığı Fukusima rayonunda istehsal olunan donuz əti, düyü və bostan məhsulları yeyib. Elchi.az xəbər verir ki, bu barədə TASS yapon jurnalistlərə istinadən məlumat yayıb.
Hökumət başçısı nahar zamanı nazirlərlə AES-dən suyun axıdılmasını müzakirə edib. Bununla da o, stansiyanın yerləşdiyi Fukusima prefekturasında tutulan kambala, levrek və ahtapotdan hazırlanmış saşimi yeyib.
Avqustun 24-də “Fukusima-1” Atom Elektrik Stansiyasının rəhbərliyi zədələnmiş reaktorların soyudulması üçün istifadə edilən çirklənmiş suyu dənizə atmağa başlayıb. .
Suyun tritium istisna olmaqla, radionuklidlərdən təmizləndiyi iddia edilir. Radiasiya fonunu aşdığı təqdirdə, atqının dayandırılacağına söz veriblər.
Havar Şəfiyeva






