“Fukusima-1” Atom Elektrik Stansiyasında radioaktiv suyun təmizlənməsi avadanlığında tərkibində radionuklidlər olan su sızması baş verib.
Elchi.az xəbər verir ki, bu barədə TASS “Tokyo Electric Power” (TEPCO) operator şirkətinə istinadən məlumat yayıb.
Təşkilatda deyildiyi kimi, işçilər borudan su sızması aşkar ediblər – orada radioaktiv elementlərin olması təsdiqlənib. KİV-in məlumatına görə, stansiyadan ümumilikdə 5,5 ton radioaktiv maddə konsentrasiyası 22 milyard bekkerelə qədər olan maye sızıb. Okeana giriş qeydə alınmayıb.
Nuranə Məmmədova






