Yaponiyanın baş naziri Fumio Kişida Rusiyanın Çinlə birlikdə Yapon dənizi üzərində hava patrulları həyata keçirməsindən narahatlığını ifadə edib. Elchi.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi yazır.
Kişida Rusiya və Çinin hərbi fəallığının artdığını bəyan edib. Baş nazirin Özünümüdafiə Qüvvələrinin üzvləri qarşısında çıxışı zamanı kabinet rəhbəri Yaponiyanın potensial düşmənin ərazisindəki hədəflərə əks-hücumların təşkili üçün zəruri olan uzaqmənzilli raketlərin intensiv inkişafını da diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Çin Milli Müdafiə Nazirliyi Rusiya ilə birlikdə beynəlxalq ədaləti müdafiə edəcəyini açıqlayıb.
Bundan əvvəl Rusiya və Çin Sakit okeanda birgə patrullara başlayıb. Təlimin bəyan edilmiş məqsədi əməkdaşlığı gücləndirmək və Asiya-Sakit okean regionunda sülhü dəstəkləmək olub.
Havar Şəfiyeva






