Yapon geyim istehsalçısı və pərakəndə satış şirkəti Uniqlo-nun artıq Rusiya bazarına qayıtmayacağı gözlənilir.
Elchi.az xəbər verir ki, şirkət 2022-ci ilin yazında Rusiya Federasiyasındakı fəaliyyətini dayandırıb. “Kommersant” pərakəndə əmlak bazarındakı mənbəyə istinadən yazır ki, “Uniqlo” ticarət mərkəzləri üçün icarə müqavilələrini ləğv edib və bütün biznesi dayandırmaq bir neçə ay çəkə bilər.
Bunun artıq brendin yerli əməkdaşlarına məlum olduğu dəqiqləşdirilir. Eyni zamanda, nəşrin başqa bir mənbəsi hesab edir ki, yapon brendi ötən ilin payızında Rusiya Federasiyasını tamamilə tərk etmək barədə düşünürdü, lakin əvvəlcə yalnız zərərli nöqtələrin bağlanması planlaşdırılırdı.
Keçən il Uniqlo Rusiyada fəaliyyətini “dayandırmayan” azsaylı xarici geyim brendlərindən biri olaraq qaldı. Bununla belə, şirkət sonradan “bir sıra çətinliklərlə, o cümlədən biznes problemləri və pisləşən münaqişə vəziyyəti ilə üzləşdi”. Məlum olub ki, sosial şəbəkələrdə heç də hamı hazırkı geosiyasi reallıqlarda “Rusiya xalqının eyni hüquqlara malik olması” ilə razılaşmır. Dalğa sosial şəbəkələrdən keçdi – insanlar şirkəti boykot etməyi və Rusiyada işləməyə davam etdiyi üçün onun əşyalarını almamağı tələb etdilər.
Şayəstə




