Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirin, xüsusən də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə danışıqlar aparacağı dəqiqləşir.
Hazırda məmur xaricə səfərdədir və səfər zamanı o, bir sıra Avropa ölkələrinə, eləcə də ABŞ-a səfər etməlidir. Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməyib.
Bundan əvvəl Yaponiya Ukrayna büdcəsinə 950 milyon dollar köçürüb ki, bu da ölkədə dağılmış infrastrukturun bərpasına və sosial dəstəyə xərclənməlidir.
Havar Şəfiyeva






