Bundan 70 il əvvəl bu gün, ilk atom bombası Yaponiyanın Xirosima şəhərinə düşüb.
Bu dəhşətli fəlakətin ildönümündə yaponlar həyatını itirənləri yad etmək üçün Xirosimada biraraya gəliblər.
Şəhərdə bu gün çox sayda mərasimlər keçirilib.
Amerika Birləşmiş Ştatlarının 70 il əvvəl Xirosimaya atdığı atom bombası ilk anda 35 min insanın canını almışdı.
Atom bombasının təsiriylə sonrakı bir neçə ayda 145 min adam həyatını itirmişdi.
ABŞ Xirosima faciəsindən cəmisi 3 gün sonra Yaponiyanın Naqasaki şəhərini də atom bombasıyla vurub. Bu hadisədə isə 70 min adam ölüb.
Naqasakiyə atılan atom bombasından 6 gün sonra Yaponiyanın təslim olması ilə İkinci Dünya Müharibəsi sona çatmışdı.
Aygün Səfərli,
Musavat.com













