"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yarmarkalarda satıcılardan yer pulu alınmayacaq

15 Noyabr 2016 - 11:37
in XƏBƏR LENTİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Fins.az  xəbər verir ki, yaşıl marketlər əlavə olaraq anbar, laboratoriya, avtopark kimi infrastruktura və sertifikatlaşdırılmış ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün xüsusi bölmələrə malik olmalıdır.

Yarmarkalar necə təşkil ediləcək?

Adıçəkilən sənədə yarmarkalarla bağlı ayrışa bəndlər əlavə edilib. Yeni qaydalara görə, yarmarkaları yerli icra hakimiyyəti orqanları xüsusi proqram-tədbirlər planı əsasında təşkil edəcək. Planda yarmarkanın keçiriləcəyi ərazinin və tarixin seçilməsi, satış yerlərinin sxeminin hazırlanması, ticarətin təşkili ilə bağlı xidmətlərin göstərilməsi -ərazinin təmizlənməsi, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və digər müddəalar nəzərdə tutulur. Yerli icra hakimiyyətləri yarmarka ilə bağlı tədbirlər planını yarmarkanın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl təsdiq etməlidirlər.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları hər həftənin şənbə və bazar günləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçiriləcək.

Biznes sahiblərinə üstünlük veriləcək

Qaydalara əsasən, İcra Hakimiyyətləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan özəl biznes strukturlarını yarmarkaların təşkilinə və keçirilməsinə geniş cəlb etməlidirlər. Mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs yarmarkanın təşkil edilməsi və keçirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı daxil olan müraciətə baxaraq, 5 iş günü müddətində müvafiq qərar qəbul etməlidir.

Eyni zamanda yarmarkanı təşkil etmək istəyən şəxslər tədbirlər planının hazırlanmasında birbaşa iştirak edirlər. Yarmarkanın dislokasiyasını, iş rejimini, satılacaq məhsulların növünü və satış yerlərini birgə müəyyən etməlidirlər. Eyni zamanda kütləvi informasiya vasitələrində və internet saytlarında yarmarkanın keçirilməsi barədə əvvəlcədən məlumat verməlidirlər.

Onlar yarmarkaya qoşulan satıcıları satış yerləri, ölçmə vasitələri ilə təmin etməli və yarmarkanın keçirilməsi ilə əlaqədar digər xidmətləri -ərazinin təmizlənməsi, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və s. təşkil etməlidirlər.

Yarmarkanın təşkilatçısı ərazidə nəzarət ölçmə vasitələrinin quraşdırılması və satılan məhsulların qiymətləri ilə bağlı məlumat lövhələrinin qoyulmasını təmin etməlidir.

Satıçılardan pul almayacaqlar

Qaydalara görə, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmur. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.

Yarmarkanın keçirilməsi üçün müraciət edən hüquqi şəxs və ya fiziki şəxslər isə tələb olunan xərcləri yarmarkanın təşkilatçısı ilə razılaşdırmaqla öz vəsaitləri hesabına maliyyələşdirəcəklər.

Bu yerlərdə yarmarka keçirmək olmaz

Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.

Yarmarkada satılacaq məhsulların yerləri satış yerlərinin sxeminə uyğun olaraq nömrələnməlidir. Satış yerlərinin sxemi və onların sayı barədə məlumatlar yarmarkada hamının aydın görə biləcəyi yerdə asılan məlumat lövhəsində əks olunmalıdır. Bundan başqa, yerli icra hakimiyyətlərinin keçirdiyi yarmarkaların reyestri hazırlanacaq və mütəmadi olaraq yenilənəcək.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gömrükdə sıxlıq aradan qaldırılıb

Next Post

Mehriban Əliyeva Moskvada – Fotolar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mehriban Əliyeva Moskvada - Fotolar

Kredit borcuna görə şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzluqdur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.