"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yas biabırçılığı

28 Oktyabr 2014 - 20:33
in CƏMİYYƏT

Şəmkirdə icra hümayəndələri yas məclislərini dağıdır, ölü sahiblərinə divan tuturlar. Bu barədə ANS PRESS-img1665986in “qaynar xətti”nə rayonun Keçili kənd sakini Elnur Səfər oğlu Məsimov şikayət edib. Onun sözlərinə görə, dünən 62 yaşlı atası Səfər kişi rəhmətə gedib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elnur Məsimov deyir ki, qohum-qonşusuna rəzil olmamaq üçün ailə dünyasını dəyişən şəxs üçün ehsam məclisi təşkil etmək istəyirlər. Bunun üçün dana da kəsiblər. Lakin kənd bələdiyyəsinin sədri Vahid Verdiyev xəbərdarlıq edib ki, ehsan vermək qadağandır.
“Vahid müəllim deyir ki, əgər ehsan versəniz, gəlib yas məclisini dağıdacağıq. Qazanları aparacağıq. Mən təmtəraqlı ehsan vermək istəmirəm. İstəyirəm ki, halva-çörək, çay, xurma və dədə-baba qaydası ilə aş verək. Bunu qadağan etməklə müstəqil Azərbaycanda hüququmuzu əlimizdən alırlar”, – deyə Elnur Məsimov şikayətlənib.
Məsələ ilə bağlı kənd bələdiyyə sədri  Vahid Verdiyev bildirib ki, həqiqətən də, ehsan qadağası onun tərəfindən verilib.
“İcra Hakimiyyətindən mənə xüsusi tapşırıq verilib. Televiziyada qurumalarından da buna qadağa qoyulması barədə tapşırılıb. Halva-çörəyə razıyıq, versinlər. Amma aş vermək olmaz. Buna imkan verməyəcəyəm!”, – deyə Vahid Verdiyev bildirib.
Kənd bələdiyyə sədri ölü yiyəsinə məsləhət də verməyi unutmadı: “Getsin kasıblara kömək etsin. Körpü salsın, yol düzəltsin. Bunu etmir, gedib ehsan verir. Geniş şəkildə ehsanı verməyə qoymurlar. Bizə tapşırıq veriblər. Respublikanın hər yerində yas mərasimlərini qısaldırlar. Mən şikayətçiyə rəsmi sənəd də verəcəyəm ki, bu kənddə ehsan vermək olmaz”.
Məsələni aydınlaşdırmaq üçün Şəmkir rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Fəxrəddin Vəliyevin verdiyi məlumata görə, məsələ araşdırılacaq.
“Rayonun ağsaqqalları yığışıb, qərar veriblər ki, ehsanda təmtəraqlılıq olmasın. Sadə yas mərasimi keçirilsin. İndi problemi araşdıraram”, – deyə Fəxrəddin Vəliyev bildirib.
Əslində anoloji hadisələr hüzr mərasimlərində ehsan verilməsi ilə bağlı konkret standartlar müəyyənləşdirilməsindən sonra tez-tez baş verir. Lakin din xadimləri bunun yaxşı hal olmadığını bildirirlər. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənov açıqlamasında bildirib ki, dinimiz təmtaraqlı yas mərasimlərinin qurulmasının əleyhinədir. Onun sözlərinə görə, yas mərasimləri kifayət qədər sadə olmalıdır.
“Ehsan mərasimləri bəzi insanlar arasında rəqabət formasına çevrilir. Bu zaman da ehsanın əsl mahiyyətini unudurlar. Lakin bu məsələlərə hansısa inzibati yolla müdaxilə etmək də yolverilməzdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxışı zamanı bildirmişdi. Sadəcə tövsiyyə edilir ki, ehsan məclisləri sadə keçirilsin. Bu barədə Qazilər Şurasının də tövsiyyəsi var. Amma hansısa kobud müdaxilə yolverilməzdir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var. Bunu təkamül yolu ilə insanlara izah etmə yolu ilə həll etmək mümkün olar”, – deyə Hacı Şahin bildirib.
Dövlət nümayəndələri isə məsələyə başqa aspektdən yanaşmağı lazım bilirlər. Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bunun ictimai sifariş olduğunu bildirib.
“Xalq həm toylardakı, həm də yaslardakı israfçılıqdan, bundan əlavə bəzi adamlar sərvətlərini nümayiş etdirmək hallarından beziblər. Hər zaman bəzi insanların qudurğanlığından, istər toylarda, istərsə yaslarda əndazəni aşmaqdan cana doyan insanlar etirazlarını bildirirdilər. Bu barədə 20 ilə yaxındır söz-söhbət gedir. İndi bu baxımdan qayda-qanun yaradılmağa başlanıb. Əhalinin 90 faizi bunun tərəfdarıdır. Burda qeyri adi heç nə yoxdur”, – deyə Sabir Rüstəmxanlı bildirib.
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, əslində yas mərasimlərində ehsan qadağan edilmir. Sadəcə israfçılığn qarşısını almaq üçün xüsusi nəzarət yerinə yetirilir.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu barədə bildirmişdi ki, bu məsələyə tamam başqa formada, təbliğat yolu ilə xoşagəlməz vəziyyətin aradan qaldırılmasına çalışılır. Kimsə buna kobud şəkildə müdaxilə edirsə, bu yaxşı deyil. Yalnız təbliğat şəklində insanlara bildirilməlidir ki, israfçılığa yol vermək olmaz. Ehsanda halva-çörək hər zaman verilib. Çay verilib. Bir də, insanın ya rəhmətə getdiyi gün, yaxud hansısa məclisində bozbaş, ya da aş verilib. Ortalıqda ikinci, üçüncü yemək, meyvə, şirələr və s. verilməsinə ehtiyac yoxdur”, – deyə Fəzail Ağamalı bildirib.  /anspress/

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycan fenomeni bir çox maliyyə institutlarını maraqlandırır”

Next Post

Rafiq Əliyevinin yeni kitabı çap olunub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Rafiq Əliyevinin yeni kitabı çap olunub

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır - FOTOSESSİYA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.