Bu gün AXCP Yasamal rayon şöbəsinin konfransı keçirilib. Cebhe.info xəbər verir ki, konfransda AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Fəxrim Abduləzimov və Cavid Musazadə çıxış edərək ölkədəki siyasi vəziyyətdən, Əli Kərimlinin partiya rəhbəri kimi yarıtmaz siyasətindən danışaraq gələcək planlardan söz açıblar. Bildirilib ki, AXCP Etimad Qurultayı cəmiyyətdə partiyaya olan inamı bərpa edəcək, siyası proseslərdə aktivliyi artıracaq.
Konfransda təşkilatı məsələyə də baxılıb. Füzuli Süleymanzadə AXCP Yasamal rayon şöbəsinə sədr, Rəşad Soltanov Ali Məclis üzvü, Elmidar Nəsirov, Mahir Nağıyev, Elçin Rzayev isə Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.




