Yasamalda törədilən qətlin üstü açıldı

>

 

Bunu da oxuyun

Yasamal rayonu ərazisində törədilən qətlin üstü polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a bildiriblər ki, yanvarın 14-də Bakı şəhər sakini Şahin Ələsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat daxil olub.

Dərhal rayon Polis İdarəsi və prokurorluğu əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vidadi Rzayev saxlanılaraq istintaqa cəlb olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728