07 dekabr 2021-ci il tarixinədək Fondun hesabına 64 930 525.72 AZN vəsait mədaxil olub. Hazırda YAŞAT Fondunun büdcəsində 15 milyon manatdan çox vəsait var.
Elchi.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov YAŞAT Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla, ümumilikdə 16 393 şəxslə görüşülüb:
“Onların ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.
Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 manat məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57 təşkil edir”.




