Çinin şimal-qərbindəki Şaanxi əyalətində arxeoloqlar Çunçiu (e.ə. 770-476-cı illər) dövrünə aid böyük tikilinin xarabalıqlarını aşkar ediblər.
Elchi.az bu barədə News.cn-ə istinadən bildirir.
Arxeoloqların bildirdiyinə görə, xarabalıqların 2 min ildən çox tarixi var. Tədqiqat Arxeologiya İnstitutu Qing sülaləsinin paytaxtı olan və 50 kvadrat kilometr ərazini tutan Yunçenin şərqində aparılıb, xarabalıqlar da məhz burada aşkar edilib.
Şaanxi Əyaləti Arxeologiya İnstitutu və Baotzi Şəhər Arxeologiya İnstitutu, eləcə də iki yerli muzey 2022-ci ildə birgə qazıntılar aparıb. Nəticədə həm qərbdən şərqə, həm də cənubdan şimala uzanan böyük bir binanın bünövrəsinin bir hissəsi aşkar edilib.
Qazıntı yerindən at və maral cilovlarının hazırlanması üçün bir neçə gil nümunəsi, həmçinin sümük alətlərin hazırlanması üçün digər xammal da tapılıb. Şərqi Çjou sülaləsinin (e.ə. 770-256) ocaqları, Xan sülaləsinin (e.ə. 202 – eramızdan əvvəl 220) evlərinin, küçələrinin, quyularının və sobalarının xarabalıqları və qəbiristanlıqları da tapılıb. Beləliklə, ümumilikdə 183 əşya aşkar edilib.
Yeganə




