Bu dəfə yaşıl meydan reaksiyası Fələstinə qarşı soyqırım cəhdini davam etdirən İsrailə qarşı olub. Çempionlar Liqasının “Kopenhagen” – “Mançester Yunayted” matçı zamanı bir azarkeş meydana daxil olaraq Fələstin bayrağını açıb. Bayraqda “Qəzza zolağında uşaqları öldürməyə son qoyun” yazısı vardı.
Elchi.az xəbər verir ki, bir aydan çoxdur Qəzzada qırğın törədən İsrailə bu dəfə də yaşıl meydandan reaksiya gəlib.
UEFA Çempionlar Liqasının A qrupunun 4-cü həftəsində keçirilən Kopenhagen – Mançester Yunayted matçında bir azarkeş əlində Fələstin bayrağı ilə yaşıl meydançaya enərək metrlərlə qaçıb. O, İsrailin qırğınlarına reaksiya verib.
Fələstin bayrağında “Qəzzada uşaqları öldürməyə son” və “Gəlin birlikdə dayanaq” mesajları var idi.
Etiraz edən azarkeş mesaj yazılan bayrağı tribunalara və kameralara göstərib. Daha sonra rəsmilər onu meydandan çıxarıblar.
Nuranə Məmmədova





