"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yataq otağımda hər cür qadın teli var – Xəyanət

28 Yanvar 2017 - 09:03
in XƏBƏR LENTİ

Məsum Cabbarpur Təbrizdə dünyaya gəlib. Ana dilimizdə yazıb-oxumağı öz əməyi sayəsində əldə edib. Cabbarpurun ilk şeirlər kitabı fars dilində çıxıb. Yazdığı şeir və yazılarını “Məsum” təxəllüsü ilə imzalayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elçi.az   Məsum Cabbarpurun “Demək astana dəyişilir…” hekayəsini təqdim edir:

Kişi oturacağın üstündə yerbəyer olub, saqqalını sığallayıb, iki əlini üzünə qoyaraq, dirsəklərini masanın üstünə dayayıb, önündə oturan qızın gülüşlərini xatırlayıb, gözlüyünün üstündən yenidən qıza baxdı; sanki dünyanın bütün qayğıları qızcığazın gözlərinə çökmüşdü; bir kiçik dınqıltı gözləyirdi ki, gözləri qan bulağı olsun…

Baxışını sola çevirib qızın yanındakı oturacaqdakı oğlana baxdı. Gözlüyünü orta barmağı ilə üstə vurub qıyqac baxışlarını yenidən oğlana dikdi. Sanki heç bir şey önəmli deyil kimi bir gülüşlə dodaqlarında gizlənqaç oynayırdı!

Əlin arpa-buğda saçlarının ortasında gəzdirib, çaşqın-çaşqın masanın üstündə olan boşanmaq qərarına baxdı. Qırx illik ömrünü bu yolda keçirmişdi. Bir gün iki ayrı ürəyi birləşdirib, başqa gün iki ürəyi ayırmışdı… Qızın kimliyini (şəxsiyyət vəsiqəsi) götürüb vərəqlədi. Ürəyinə bir sancı taxıldı. İkinci dəfə bir yuva dağılırdı!

Kimliyi bükmədən başını qaldırıb dedi:

– İstəyirsiniz gedin bir az daha düşünün.

Birdən oğlan sözün ortasına:

– Ağa, qurtarın məni bu məhbusluqdan, istəmirəm! Oxuyun!

Kişinin sözü ağzında qurudu, otağa yenə səssizlik çökdü. Qız səssiz qarşısındakı divana baxırdı; dilinin altında nə isə mızıldanırdı.

Kişi dönüb arxasına baxdı, bir gözəl xətt çevrədə parlayırdı: “Gər cilvə eşq olsa, gətirrəm necə gəlməz!..”

Oğlana dedi:

– Bir azca bayırda gözləyin, lütfən!

Oğlan deyinə-deyinə astaca otaqdan çıxdı. Kişi dedi:

– Kaş ki, özünə, həyat yoldaşına daha bir şans verəsən, qızım!

Qız uzaqlara baxırdı, sanki ekranda bir filmə baxırmış kimi donmuşdu gözləri.

Qız dedi:

– İt itliyindən əl çəksə də, sümsüklüyündən əl çəkə bilməz. Mənim küçə-bazar qadınlarından nəyim əskikdir ki, gündə bir qadın yatağıma qonaq olur?! Yataq otağımda hər cür saç teli var: sarı, qara, qumral… Yazıq mənim palıd rəngli saçlarım.

Ağlamaq səsi otağı boğdu. Oğlan qapını açıb içəri boylandı. Kişi uca səslə dedi:

– Qapını örtün!..

Qız çantasından bir kağız dəsmal çıxarıb gözlərindən, burnundan axan suyu sildi. Yenə darmadağın düşüncələri ilə uzaqlara daldı:

“Məktəbin sonuncu zili səsləndi. Qızcığaz tələsik çantasını çiyninə atıb, yola düşdü. Soyuq yel yanaqlarına toxunduqca, sanki yanaqlarında bir cüt alma cücərirdi! Məktəbdən evlərinə məsafə on dəqiqədən çox olmazdı. Açar salıb qapını açdı; Bir mahnını oxuya-oxuya astanada dayanıb, ayaqqabılarını çıxararaq başmaq rəfinə qoydu. Sonra “ana, ana” çağıraraq, pillələri bir-bir qalxıb, otağın qapısını açdı. Gözləri xalasına sataşanda sevinc hıçqırığı otaqda oynadı! Çanta ilə birlikdə xalasını bağrına basdı. Soyuq yanaqlarını xalasının yanaqlarına sıxdı”.

***

Qapı döyüldü. Oğlan yenidən başını içəri salıb dedi:

– Mən tələsirəm.

– Bir az daha gözlə, səsləyəcəyəm.

Qız səssiz ağlayırdı, gözündən damcı-damcı yaş axırdı. O, göz yaşları içində gülümsəyib dedi:

– Eşitmisiniz, qarğadan soruşurlar kimin gəlinisən? Deyir, “xalamın”. İki il qan uddum, hər gecə əmim qızının eşqindən danışdı, mən yatdım sonunda… anam oturub-durub xalamı, bir də oğlunu qarğıyırdı, amma məncə, gözəllik zorla olmaz! Xalamın oğlu sevdiyinə qovuşdu, mənim sevgim də ürəyimdə basdırıldı. “Belə şeylər filmlərdə, kitablarda olar”, – deyərdim, amma mən yaşadım, yaşlandım. Məncə, sevgi ölmüşdü. Yenə qayıtmışdım ilk sayğıma; sevgiyə inanmırdım, amma bir gün sevgi turu ürəyi həbs elədi. Həyat boyalı günlərə döndü, nifrət köçüb, yerinə sevgi yerləşdi. Hər dəfə “prenses” səslədikcə özümü dünyanın mələyi sanırdım! Haradan biləydim neçə “prenses” yaşayır ürəyində?!

Qapı yenidən döyüldü. Qız dönüb baxdı, amma bu dəfə açılmadı.

“Keçmişdəkilər yaxşı deyib, taxt almaq olar, bəxt almaq olmaz! Rəhmətlik böyük anam da deyərdi: “Astana dəyişilər, bəxt elə ilk bəxtdir”, – dedi.

Qapı döyüldü, oğlan içəri gəldi və oturacağın üstündə oturdu. Kişi nəsə yazırdı…

Bir payız axşamı külək bütün gücü ilə qızın üzünə şillə çəkirdi. Qızın gücü yetmirdi ki, saralmış yanaqlarını qızardıb payızdan intiqam alsın… Yarpaqlar isə sınıb tökülən bir qız kimi tökülürdü.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Trampdan Putinə mesaj: `Hələ tezdir`

Next Post

Suriya prezidenti haqqında sensasion iddia — Bəşər Əsəd ölüm ayağındadır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Suriya prezidenti haqqında sensasion iddia — Bəşər Əsəd ölüm ayağındadır

“Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq” — Elman Rüstəmovdan AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.