"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yaxın Şərq dünyanı ikiyə böldü: Çin də tərəfini seçdi

30 Oktyabr 2023 - 14:16
in MÖVQE

Dünya HƏMAS qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bir qrup ölkə HƏMAS-ı terrorçu, digərləri isə Fələstin uğrunda mübarizə aparan savaşçı qruplaşma kimi qiymətləndirir. HƏMAS qruplaşmasının təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətərdən və İrandan maliyyə əldə edirlər.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O xatırladıb ki, HƏMAS təşkilatının rəhbər heyəti bugünlərdə Moskvada görüşlər keçirib:

“İsrail Xarici İşlər Nazirliyi isə Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb. HƏMAS qruplaşmasının təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. HƏMAS təmsilçiləri ilə dialoq siyasəti yalnız Rusiyaya aid deyil, onlar tez-tez Türkiyəyə də səfər edərək, türkiyəli diplomatlarla müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan HƏMAS üzvlərini “mücahidlər” adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağrılıblar”.

Ekspert Pekinin də HƏMAS qruplaşması ilə təmaslarının mövcud olduğunu bildirib:

“Ümumiyyətlə, son hadisələrə qədər Pekin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu da Çin paytaxtına getməliydi. Ancaq bu baş vermədi. Hazırkı şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşması çətindir. Digər tərəfdən Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanınmasının zəruri olduğunu bildirib.

Vaşinqton Çinin Yaxın Şərqdə siyasətini korrektə etməsini istəyir. Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxiləsindən kənar olmasını istəyir. “Röyters” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden bu mövzuda Çin lideri Si Szinpinlə müzakirə aparmağa çalışır. Pekin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək. Buna baxmayaraq, Pekin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcək. Pekinin nə İrana, nə də HƏMAS-a təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi ABŞ-ın Yaxın Şərqdə problemlərinin artmasına maraqlıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İngiltərədə naməlum şəxs məscidə hücum etdi

Next Post

Gənc Tamaşaçılar Teatrı noyabr repertuarını açıqlayıb

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Gənc Tamaşaçılar Teatrı noyabr repertuarını açıqlayıb

Gənc Tamaşaçılar Teatrı noyabr repertuarını açıqlayıb

Musiqi Forumunun ikinci günü panel sessiyalarla davam edir

Musiqi Forumunun ikinci günü panel sessiyalarla davam edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.