"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yaz həsrəti

19 İyul 2014 - 18:52
in KÖŞƏ YAZILARI

Anar Yusifoğlu                                                                                            

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Ömrünü “qış” kimi yaşamaqdan soyuqlamışdı, donmuşdu. “Arzu-istək”, “sabah” deyilən bir ümid yox idi.image_1404522240 “Qış”ından qalan qarı arada “payızının” dəli küləkləri dənələyir, üstü açılan yaralarında “bəyaz qar” da laləyə dönən qana qarışır, sonra da qaysaq bağlayırdı. Onun üçün qıpqırmızı qaysaqlar “yay” idi – yandırırdı.İyirmi il beləcə yaşadı. İyirmi il beləcə yaşaya bildi. Hardan gəlib çıxdı ömrünə bu İldırım adı, özü də bilmədi. Axı O, heç zaman Allahdan bir şey istəməmişdi. Şeytanla dostluq da etməmişdi. Nə qonşuya dərd danışmışdı, nə qohumla dərd bölüşmüşdü. Bir kimsəni ürəyinə buraxmamışdı. Bütün “pis” deyilə biləcək nəsnələri həyatında etməsə də, xəyalında ayrısının adıyla etmişdi və kənardan o “pis”ə baxanda iyrənmişdi.

Beləcə, ömrünü “qış”ın sazağıyla, sərtliyiylə, soyuqluğuyla dondurmuşdu, özünü qorumuşdu.

Ürəyi “ürəyim” demək istəyəndə oğlunu yanına almış, başını sığallamış, qucaqlamış, bağrına basmış “yaraşıqlım, ucaboylum, ətirlim, əzizim, sevimlim” demişdi. Əslində, bununla da özünün dünyanın ən səmimi sevən qadını olduğunu təsdiqləmişdi.

Oğluyla paylaşmışdı yaşamaq istədiyi sevgini, oğlu da bilməmişdi atasının zülmündən, nadanlığından yanan-qovrulan ananın zillətini. Beləcə öldürmüşdü dilinin qurdunu, nəfsinin şəhvət hissini. Yalan olardı desin ki, kimisə həyatında kişi qismində əziz bilmək, oxşamaq istəməmişdi. İstəmişdi! Amma Allahından keçməmişdi.

Allahından keçməmişdi, amma ürəyindən keçənlərdən də keçmək istəmirdi – necə sığallanmaq, oxşanmaq istəyirdisə, qızını yanlayırdı. Sanki o, qızını yox, kimsə onu belə oxşayırdı, sığallayırdı.
Balaları gözünə dönmüşdü, gözünün istəyiydi balaları.

Oğlunu da, qızını da ər-arvadlıq əvəzinə özünə kompensasiya bilirdi. İçində şeytan yox idi. Ancaq istəkləri oyanmaq istəyəndə – doğal, təbii, insani hisslər, istəklər boylananda içinə axan göz yaşlarını zülüm təzahürü kimi yox, təbii ehtiyac misalı özündən kənarlaşdırırdı. Arada qürurundan, inadından Allahını əmin edirdi: “Heç Sən də mənim göz yaşımı görməyəcəksən. Səni sevəcəm, eşidirsənmi, milyonların həsrət qaldığını mənə verib, milyonların qədrini bilmədiyini mənə qıymayan əziz Allahım?”.
Belə deyəndə, doğrudan rahatlaşırdı. Elə bil, bəsirətlə İlahinin təbəssümünü görürdü göylərin işıqlaşan üzündə, havanın ürəktərpədən mehində və həmişə verdiyinə “min şükür” etdiyi Allahının hər nədən, hər şeydən xəbərdar olduğunu bildiyindən, heç Allahına demirdi də ki, niyə ömrümü qurban verdiyimə ev, maşın, pul veribsən, lakin bir qırıq sevgi verməyibsən. Ki, ailəsinə – arvadına, qızına, oğluna xoş üz göstərsin, xoş söz desin. Artıq anlayırdı ki, ev də, pul da, maşın da əzabdı, rahatlıq deyil. Ağlı oracan yaxşı işləyirdi, anlayırdı ki, bunlardan imtina edib, o bir qırıq sevgini istəsə, onları verən Allah ona daha hansı acıları yaşadacaq.

Allahıyla razılaşırdı. İyirmi il idi. İyirmi il razı qala bildi. Heç narazı qalmaq fikri də yoxuydu. Amma bu haradan çıxdı – İldırım dediyi?

İldırım üzdən baxanda hamının əlini üzdüyü bir küçə avarası günündə, idimindəydi. Allah tərəfi deyəndə, İldırımın Ona qaş-göz atmağı da olmamışdı. Sadəcə, İldırım Onu tanımışdı. Olduğu kimi Ona müraciət eləmişdi. Onunla dürüst danışmışdı, dürüst rəftar etmişdi. Oracan səmimi ki, özü təşəkkür etmişdi. Dahi bilmişdi, adam balası bilmişdi İldırımı. Və təəccüb eləmişdi, görəsən, İldırımın dostları, qohumları yoxmu, bilmirlərmi İldırım nəyə layiqdi Niyə tənhadı?

Hamını düşünən, heç kimin haqqında düşünmədiyi biri olduğunu bildiyindən İldırımın məhz Onun haqqında düşündüyünü görəndə şaşırmışdı.

İldırımdan görmüşdü öz əzizliyini, əzizgiramiliyini, xilaskarlığını, ruhunun rahatlığını və heyrət etmişdi: İldırım təkcə Ona qarşı belə deyil, hər kəs üçün, adidən aliyə narahat birisi. Bağlanmışdı. Həyatda hər şeyi qurban verməyə hazır idi. İldırım Onun üçün sevə-sevə etdiyi günah idi, eləcə də əksinə. İndi İldırımdan başqa narahat olduğu yox idi. Dönüb İldırım olmuşdu. Sakitcə imkanları gözləyirdi və qırışığı açılırdı.

İldırım, elə həqiqətən, ildırım kimi də ayrı üzdə göründü. Bax, onda ayıldı. Onda başa düşdü İldırım niyə təkdi, tənhadı. Onun ağlınca İldırım əlindəkinin-ovcundakının qədrini bilmir, qoruya bilmir. Bundan dəhşətli heç nə ola bilməzdi. Hər çaxanda bir qayanı parçalayırdı. İldırım yüz ilə deyiləsi mümkün olmayan sözü anında deyirdi! Deyilə bilinməyən sözlər idi! Dəhşət sarmışdı – itirmək də istəmirdi. Yanında da ola bilmirdi.

İldırımı Teymurləngin dahiyanə fikrini oxuyandan sonra anlamışdı: “Mən yer üzündə ən ağır cəzayam, günahı olmayan mənimlə üz-üzə gəlməz”.

İldırımla da razılaşdı, Allahıyla, həyatıyla razılaşdığı kimi.

İldırım onun yaz həsrətiydi. Görmək istədiklərinin əksəriyyətini görmüşdü İldırımda. Nankor olmaq istəmirdi.

İldırım Onun “Teymurləng”iydi. “Allahın cəzası” deməyə dili gəlmirdi. Tanıdığında verdiyi sualları özünə ünvanlayırdı: “Görəsən, İldırım niyə tənhadı, görəsən, dostları, qohumları Onu tanımır ki?”

Doğrudan da, qohumları, dostları İldırımı tanımışdılar və qəbul edə bilməmişdilər. Qəbul etmək üçün anlamaq lazımıydı – İldırım ömrün yaz həsrətidi!

Heç kim həyatını parçalayanı istəmir…

O hazır idi. Təki İldırım çaxsın! Təki İldırım gurlasın! Təki İldırım vursun! Təki İldırım həyat donuqluğundan qurtulsun!
“Allah ədalətlidir və heç kimə etdiyindən bir misqal artıq, bir misqal əskik etməz”, deyə düşünürdü.

Deməli, İldırım Onun üçün idi.
İldırım heç kimin yox, onun yaz həsrətiydi!

Yaşamaq istəyirdi ki, yaşatsın.

O, özünü xoşbəxt sayırdı – İldırımın “qış ömrü”nün sonuydu…

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qalatasaray” “Portu”nun qapıçısını icarəyə götürdü

Next Post

ABŞ kəşfiyyatı “Boeing”in necə vurulduğunu açıqladı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

ABŞ kəşfiyyatı “Boeing”in necə vurulduğunu açıqladı

“Rusiya Ermənistana qarant yox, təhlükədir” – David Şahnazaryan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.