"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yazıçı Qəni Camalzadənin Lənkəran hesabatı

21 Dekabr 2023 - 19:41
in MƏDƏNİYYƏT

Lənkəran şəhərinə oxucularla görüşə gələn yazıçı Qəni Camalzadə bir qrup qələm dostları ilə Şəhidlərin xatirə kompleksində, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəli önünə, Soyqırım qurbanlarının abidəsi qarşısına ehtiramla gül dəstələri qoydular.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Bəzən müəllimləri insan qəlbinin mühəndisləri adlandırırlar. Mən düşünmədən bu ifadəni həm də yazıçılara aid edərdim. Yazıçılar yazdığı əsərləri ilə bizi nəsillərlə görüşdürür, insanın ruhunda, yaddaşında və əməlində dərin iz buraxırlar. Onlar bəşər övladını həmişə narahat edən Xeyrin Şər üzərində qələbəsini diqqətdə saxlayır, ömürlərini bu işə sərf edirlər. Tanınmış yazıçı, oxucuların rəğbətini qazanmış Qəni Camalzadə də belə qələm sahiblərindəndir. O, gücü orduların gücündən də üstün olan qələmlə sirdaş olandan narahatçılıq keçirdir, özünü  cavabdeh sayır. Qəni Camalzadəni tanımaq üçün yaradıcılıqda keçən ömür yoluna nəzər yetirmək kifayətdir. Ədəbi yaradıcılığa yetmişinci illərdə başlayan Qəni Camalzadə I Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Hekayələri Azərbaycanın qəzet və jurnallarında dərc olunub. “Yaxşı oğlan”ın “dayısı” , “Sonuncu yeznə”, “Qohumların əsiri” adlı hekayələrdən ibarət kitabları ilə ədəbiyyatda öz imzasını təsdiq edib, oxucuların yaddaşında qalıb.

Tanınmış qələm ustası “Qızıl xotux”, “Karxana”, “Kiaksarın axırıncı savaşı” və “Şeytana daş atanlar” adlı romanları ilə oxucuların diqqətini cəlb edib. O, bu əsərlərdə real heyat həqiqətlərini özünəməxsus ustalıqla və bədii boyalarla diqqətə çatdırır.

Bu adıçəkilən romanlar haqqında Lənkəranda yazıçı ilə görüş keçirilərkən yazıçı-jurnalist İdris Şükürlü əhatəli məlumat verib. O, qeyd edib ki, “Fosforlu əkizlər” (“Qızıl xotux”) romanını yazmaqla o, Azərbaycan ədəbi mühitinə yeni nəfəs gətirmişdir. Yazıçı romanı satirik planda yazsa da, təsvir olunan hadisələr həqiqətdir, reallığı əks etdirir, oxucunu düşünməyə vadar edir.  “Karxana” romanı isə uzaq Amerikada nəşr olunub, elektron variantı yayımlanıb. “Kiaksarın axırıncı savaşı” romanında (2021) Vətən müharibəsində qazanılmış qələbə ilə səsləşən məqamlar çoxdur. Yazıçı bu romanında göstərir ki, Azərbaycanın qədim və əzəmətli dövründə Midiya dövlətinə qırx il başçılıq etmiş Kiaksar e.ə. 486-cı ildə Skiflərin Muğam düzündə qurduqları çarlığın 28 illik varlığına son qoyub. Kiaksarın adı qədim Midiya dilində Huvoxsatra – Tanrı hakimiyyəti deməkdir. Yunanlar Kiaksar, ibranilər isə Qoqsar deyirlər. Kiaksarın qoşunları sonuncu savaşda skiflərin bir qismini qırmış, qalanı isə Dar keçiddən (Dərbənd) şimala – gəldikləri yerə qovmuşdur.

Romandan məlum olur ki, Şahənşah Kiaksar ilk dəfə olaraq, süvari qoşun növü yaratmış, yeni döyüş taktikası tətbiq etmişdir.

Qənin Camalzadənin yaradıcılığından bir neçə məqalə yazmış İdris Şükürlü yazıçının “Şeytana daş atanlar” romanının başlıca qayəsi, nəticəsi barədə oxuculara məlumat verdi.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin təşkilatçılığı ilə keçirilən görüşü Qəni Camalzadənin oxucular qarşısında yaradıcılıq hesabatı da adlandırmaq olar. Əslində belə görüşlərdə yazıçı özünütərif yağışından, lüzumsuz bəlağətdən gen durmalı, xalq qarşısında, millət içərisində necə məsuliyyət daşıdığını göstərməli, əsərləri ilə tanınmalı, nüfuz qazanmalı, bəşəri hiss və duyğuları unutmamalıdır.

 

 

 

AYB Lənkəran bölməsinin sədri, bir sıra oxunaqlı romanların müəllifi Qafar Cəfərli görüşü açaraq, Qəni Camalzadənin həyatı, şəxsiyyəti, yaradıcılığı barədə məlumat verdi. Qələm sahiblərindən Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Ziya, Eldar Tahirov, Əyyub Türkay, Hacı Ələkbər Əliyev, İdrak Dadaşov Müharibə Veteranları Birliyinin Lənkəran bölməsinin rəhbəri Saleh Dostiyev yazıçının əsərləri barədə danışdılar, rəy və təkliflərini bildirdilər.

Maraqlı görüşdə Qəni Camalzadə I Qarabağ savaşında iştirakçısı olduğu döyüşdən, Qarabağın 28 illik işğaldan sonra azad edilərək Qələbəyə nail olmağımızdan, ciddi ədəbiyyatdan, yazıçı peşəkarlığından, bu gün Azərbaycan yazıçısının qarşısında duran vəzifələrdən, nasir və şairləri narahat edən, həll edilməsi vacib olan problemlərdən, yaradıcılıq planlarından danışdı, oxuculara avtoqrafla kitablarını bağışladı, xatirə şəkilləri çəkildi.

Səadət SULTAN, 

Yazıçı-publisist

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Praqanın mərkəzində atışma baş verib

Next Post

Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var

Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var

Türkiyə XİN başçısı: Azərbaycanla münasibətləri hər sahədə genişləndiririk

Türkiyə XİN başçısı: Azərbaycanla münasibətləri hər sahədə genişləndiririk

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.