Burada yalnız uşaqlar dəfn olunub. Elchi.az XezerXeber.az-a istinadən xəbər verir ki, bu məzarlıq Sumqayıt-Bakı yolunun üstündə yerləşən Sumqayıt şəhər qəbiristanlığının yanındadır.
Qəbiristanlığın yaranma tarixi isə təxminən 30 il əvvəllə söykənir. Belə ki 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində şəhərin ekoloji vəziyyəti ilə bağlı ölü doğulan uşaqların sayı artmış, habelə şikəst və zəif doğulan uşaqların ölüm halları artmışdı.
Məhz bundan sonra bura uşaq qəbiristanlığı adı verilib. Ölkədə yeganə belə məzarlıqdır. Baxmayaraq ki, qəbristanlıq 30 il əvvəl körpələrin kütləvi ölümü zərurətindən yaranıb, amma indi də dünyasını dəyişən azyaşlıların burada dəfn edənlər var.
Buradakı qəbirlərin əksəriyyəti sadə olsa da fərqli seçilən qəbirlər də var. Həmin qəbirlər isə sonradan orda dəfn olunan uşaqlara aiddir. Şəhər sakinləri bildirirlər ki, hazırda dünyasını dəyişən uşaqların uşaq qəbiristanlığında dəfn edilməsi nadir hallarda olur. Əksər insanlar dünyasını dəyişən uşaqları qohum əqrabalarının yanında dəfn edirlər.
İlahiyyatçılar isə ayrıca uşaq qəbiristanlığının mövcudluğunu məqbul hesab etmir.




