Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska Türkiyənin 10 əyalətində baş verən zəlzələlərdən sonra Türkiyənin Kiyevdəki səfirliyində açılan başsağlığı kitabını imzalayıb.
Elchi.az xəbər verir ki, Y.Zelenska Tvitter səhifəsində Türkiyənin Kiyevdəki səfiri Yağmur Əhməd Güldere ilə görüşdüyünü bildirib.
Səfirlikdə açılan başsağlığı kitabını imzaladığını qeyd edən Zelenska türk xalqına başsağlığı verib.

Yeganə





