"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yeni baş nazir kim ola bilər?

17 Oktyabr 2016 - 09:04
in XƏBƏR LENTİ

Yeni baş nazir  Əli Əhmədov ola bilər - iki mühüm səbəb...

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Artur Rəsi-Zadə üçün kabinet dövrü bitir; Oktyabrın sonunadək növbədənkənar prezident seçkisi təyin edilməzsə, seçkinin 2016-da olmayacağı yəqinləşəcək; yeni iqtisadi durum baş nazirin dəyişməsini diktə edir; son aylar mediada daha fəal görünən Ə.Əhmədovun şanslarını artıran daha bir mühüm nüans var – Əli İnsanov…

Ötən həftə Mərkəzi Seçki Komissiyası referendumun  nəticələrini təsdiq etdikdən sonra diqqətlər hakimiyyət daxilində gözlənilən mümkün kadr dəyişikliklərinə yönəlib. 
Hakimiyyətə yaxın mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, yaxın günlərdə ölkənin siyasi həyatında ciddi proseslərin başlanması gözlənilir. Mənbəmiz deyib ki, oktyabrın sonunadək növbədənkənar prezident seçkisi təyin edilməzsə, seçkinin 2016-da olmayacağı  yəqinləşəcək. Çünki həm konstitusiyanın 105-ci maddəsinin, həm də Seçki Məcəlləsinin tələblərinə görə növbədənkənar prezident seçkisini keçirtmək üçün minimal müddət 60 gündür. 
Mənbə iddia edir ki, hakimiyyət kuluarlarında indi prezident seçkisi deyil, Nazirlər Kabinetinin tərkibində planlaşdırılan kard dəyişiklikləri daha ciddi müzakirə edilir. Məlumdur ki, 26 sentyabr referendumunda konstitusiyanın 114-cü maddəsinin II hissəsində təsbit olunan Nazirlər Kabinetinin statusunda heç bir dəyişiklik baş verməyib. Yeni yaradılmış 1-ci vitse-prezident postu baş nazirdən yalnız hüquqi status etibarilə önə keçib. Belə ki, prezidentdən sonra dövlətin ikinci səlahiyyətli şəxsi həmin vəzifəni tutan şəxs olacaq. Bütün bunlara baxmayaraq, Nazirlər Kabineti nazirliklər üzərində üst qurum kimi fəaliyyətini davam etdirəcək. Bu səbəbdən də  diqqət həm də  “Rəsi-Zadənin kabineti”ndə olacaq ciddi kadr dəyişikliklərinə yönəlib.
Image result for Əli Əhmədov
Bildirilir ki, dövlət büdcəsinin yükünü azaltmaq və islahatların daha effektiv olması üçün nazirliklərin bir hissəsi ləğv edilərək yenidən təşkil olunacaq. Bu isə Nazirlər Kabinetinə daha effektiv rəhbərliyi zəruri edir. Hələ sentyabr referendumundan əvvəl də Nazirlər Kabinetində ciddi reformalara ehtiyac olması barədə danışılırdı və mediada yeni baş nazirin kimlyi dartışılırdı. 
1996-cı ildən ölkənin baş naziri olan (yalnız qısa müddətdə – 2013-cü ilin avqustundan noyabrınadək baş nazir olmayıb) Artur Rəsi-Zadənin indiyədək əvəzedilməz edən səbəblər sırasında onun təşkilatçılıq bacarığı heç vaxt önə çəkilməyib. Ötən ilin fevralında 80 yaşını qeyd edən Rəsi-Zadəni bu postda qalmasına səbəb kimi daha çox ölkənin ikinci şəxsi olaraq iddiasızlığı göstərilirdi. Yeni konstitusiya dəyişiklikləri fors-major situasiyalarda baş nazirin ölkə rəhbərliyinə yiyələnə biləcəyi ehtimalını minimal edib. Bu baxımdan da iqtidar üçün əvəzedilməz olan Rəsi-Zadə indi arxayın vaxtı çoxdan ötmüş fəxri təqaüdə göndərilə bilər.
Rəsi-Zadə neft bumunun ölkəyə dollar axıtdığı zamanda öz kabinetində arxayın oturur, xatırlayırsızsa, hətta Milli Məclisdəki büdcə müzakirələrində illik hesabatı belə vərəqdən oxumağa həvəs göstərmir, bu işi maliyyə nazirinə həvalə edirdi. İndi isə dövr özü də Rəzi-Zadənin əvəzlənməsini tələb edir. Çünki dövlət başçısının yeni iqtisadi konsepsiyası baş nazirin kabinetində oturması ilə  uyğun gəlmir. İndi daha çox işləmək, daha çevik qərarlar vermək, ölkəni çətin iqtisadi dövrdən çıxara biləcək Nazirlər Kabinetinə rəhbərlik etmək lazımdır.
Image result for Artur rasizadə
İllərdir bu posta ən müxtəlif şəxslərin gətiriləcəyi ilə bağlı çoxsaylı versiyar irəli sürülüb. Rəsi-Zadə dəyişmədiyi üçün bu versiyalar da gündəmdən düşüb. Hazırda isə Rəsi-Zadənin gedəcəyi ilə bağlı mediadan daha çox, hakimiyyət daxilində müzakirələr gedir ki, bu da ara-sıra mətbuata da sızır. 
Qaynağımızın iddiasına görə, yeni baş nazir postuna ən real namizədlərdən biri baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədovdur. Doğrudur, mediada baş nazir postuna namizədlər sırasında baş nazirin daha iki müavininin – Əli Həsənovla Yaqub Eyyubovun da adı keçir. 
Ə.Əhmədov baş nazirin müavini postuna adını qeyd etdiyimiz müavinlərdən fərqli olaraq, cəmi üç il əvvəl-2013-cü ilin oktyabr ayının 19-da təyin edilib. 
 
Image result for Yaqub Eyyubov
Son prezident seçkilərində indiki dövlət başçısının səlahiyyətli nümayəndəsi olan Ə.Əhmədov Milli Şuranın namizədinə qarşı sərt mövqeyi ilə yadda qaldı. Hələ seçki başa çatmamış “Yeni Müsavat” Ə.Əhmədovun yüksək vəzifəyə gətiriləcəyini xəbər vermişdi. Dövlət başçısı İlham Əliyev 19 oktyabr inauqurasiyasından sonra Ə.Əhmədovu baş nazirin müavini postuna təyin etdi. Hələ o vaxt da bir çox siyasi ekspertlər Ə.Əhmədovun Nazirlər Kabinetinə gətirilməsini hakimiyətin baş nazir planları ilə izah edirdilər. Ə.Əhmədovun təkcə YAP-da bacarıqlı təşkilatçı deyil, həm də nazir müavini kimi də iqtidarın ümidlərini doğrultduğu deyilir.
Image result for Nazirlər kabineti
 
Son aylar mediada da daha fəal görünən Ə.Əhmədovun şanslarını artıran daha bir mühüm nüans var. Bu, barəsində yeni cinayət işi qaldırılan sabiq səhiyyə naziri Əli İnsanovla bağlıdır. Məlumdur ki, yeni ittihamlar sübuta yetirilsə, sabiq nazir daha bir neçə il həbsxanada qalacaq ki, bu da müəyyən qruplarda spekulyativ narazılıq yarada bilər. Ə.Əhmədov da sabiq nazir kimi qərbi azərbaycanlıdır və onun daha yüksək vəzifəyə təyinatı bu kimi narazılıqları önləyə bilər…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fəxrəddin Manafov: “Bəxtim gətirdi…”

Next Post

Qarabağa dair nikbin bəyanatlar sülhə gətirəcəkmi?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qarabağa dair nikbin bəyanatlar sülhə gətirəcəkmi?

Azərbaycanda narkoman qadınların rəsmi sayı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.