Dünyada yeni dünya müharibəsi gedir- Ermənistanla Azərbaycan arasında, Ukraynada, indi də İsraildə başlayıb və inkişaf edib.
Elchi.az Apsny.ge-yə istinadən bildirir ki, bu fikirləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili uzaqdan əlaqə saxlanılan məhkəmə prosesi zamanı bildirib.
“Dünya çətin vəziyyətdədir. Fakt budur ki, dünyada yeni dünya müharibəsi gedir, Ermənistanla Azərbaycan arasında, Ukraynada, indi İsraildə başlayıb və inkişaf edib. Bu vəziyyətdə biz çox çətin vəziyyətdəyik, hər an nəsə baş verə bilər və gözlənilməz, fəlakətli hadisə ilə üzləşə bilərik… İndi İsraildə baş verənlər qaranlıq və işıq arasında mübarizədir. Bunun arxasında Rusiyanın dayandığına şübhəm yoxdur”, – deyə Saakaşvili bildirib.
Yeganə





